Modern.az

PKK-çılar “Türküstan” qəzetinin saytını dağıdıblar

PKK-çılar “Türküstan” qəzetinin saytını dağıdıblar

13 May 2011, 12:43

Səhifədə PKK başçısı A.Öcalanın və uydurma “Kürdüstan”ın xəritəsi yerləşdirilib


“Türküstan” qəzetinin saytı haker hücumuna məruz qalıb. //turkustan.net saytı “We are Kurdish and Muslim Hackers” adlı haker qrupu tərəfindən dağıdılıb. Səhifədə PKK başçısı A.Öcalanın və uydurma “Kürdüstan”ın xəritəsi yerləşdirilib.

Hakerlər özlərini PKK terror təşkilatının tərəfdarları kimi təqdim ediblər. Onlar qəzeti yönəldənlərə mesaj da göndəriblər: “Siteniz Kurd halki icin misilleme olarak vurulmustur”. (Saytınız kürd xalqı üçün qisas olaraq vurulmuşdur).  

Səhifədə həmçinin aşağıdakı mətn yerləşdirilib: “Ana Dilimiz Varligimizdir  Partimiz PKK  Vatanimiz Kurdistan.! AKP ve Onun Picleri Kurdistanda Yer Yok.. Tarihte Savaslar Kazanilmis Kaybedilmistir. ama hiç bir zaman Halklara ve Gerillalara Karsi Savas Kazanilmamistir PKK Halktir Halk Yenilmez... Olumune kurduz inadina PKK'Liyiz..!”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın Modern.az-a bildirdiyinə görə sayta hücumu bu gün səhər aşkarlayıblar. O, hazırda haket hücumunun aradan qaldırılması üçün  çalışdıqlarını bildirib.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi