Modern.az

Biləsuvarda iki yük maşını toqquşdu: xəsarət alanlar var

Biləsuvarda iki yük maşını toqquşdu: xəsarət alanlar var

13 İyul 2017, 09:25

Biləsuvarda iki yük maşını toqquşub, xəsarət alanlar var.

 

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində "KamAZ" və "Shacman" markalı yük avtomobili toqquşub. Güclü zərbə nəticəsində yük maşınlarının sürücüləri xəsarət alıb. "KamAZ"ın sürücüsü, 1982-ci il təvəllüdlü Araz Lətif oğlu İsgəndərov və digər sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. A. İsgəndərovun vəziyyəti  orta ağırdır. Digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...