Modern.az

Prezident Administrasiyasının şöbə müdirinə “Şöhrət” ordeni verildi  

Prezident Administrasiyasının şöbə müdirinə “Şöhrət” ordeni verildi   

13 İyul 2017, 13:25

Azərbaycan Prezidenti İlham Əliyev Süleyman İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilsin.

Modern.az-ın məlumatına görə, S.İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviridir.

İyulun 14-də onun doğum günüdür, 60 yaşı tamam olur....


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...