Modern.az

Məzun və tələbələr üçün əmək yarmarkası keçirildi

Məzun və tələbələr üçün əmək yarmarkası keçirildi

Təhsil

13 May 2011, 13:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir. Ənənəvi olaraq hər il məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən yarmarka da belə tədbirlərdən biridir.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, 2007-2010-cu illər ərzində respublikanın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 1432 müəssisə 8467 boş (vakant) iş yeri ilə iştirak edib və nəticədə 1440 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub.

Mayın 13-də isə “Qafqaz” Universitetində  məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri təşkil olunub. Tədbirdə 27-i dövlət, 62-i özəl sektor olmaqla 89 müəssisə tərəfindən 813 boş (vakant) iş yeri təqdim edilib.  

“Qafqaz” Universitetində keçirilən tədbirin gedişində işaxtaran tələbə və məzunlar üçün işaxtaranların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərib. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanıb, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat, müsahibəyə hazırlaşmaq, xülasə hazırlamaq və s. barədə məsləhətlər, mövcud əmək bazarı haqqında məlumatlar verilib. Eyni zamanda, tədbirdə Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud olan boş iş yerləri də işaxtaranların seçiminə təqdim edilib.

Tədbirdə işsiz və işaxtaranların müvəqqəti xarakterli işlərlə təmin olunması məqsədilə Əmək Birjası da iştirak edəcək.

Məzun və tələbələr üçün növbəti “Karyerada ilk addım” devizi altında belə tədbirlər mayın 20-də Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində və mayın 27-də Bakıda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçiriləcək.

Modern.az      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular