NİDA-nın həbsdə olan üzvü Qiyas İbrahimovun atası Həsən İbrahimov barəsində cinayət işi başlanıb.
Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
E.Sadıqov deyib ki, ona AR Ədliyyə Nazirliyinin istintaq idarəsi tərəfindən CM-nin 289.2-ci maddəsilə (hakimə hörmətsizlik) cinayət işi başlanıb:
“Həsən İbrahimovu cərimə, islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası gözləyir”
Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI