Modern.az

İƏTPİ-nin baş katibi Alxanlı şəhidləri ilə bağlı bəyanat verdi  

İƏTPİ-nin baş katibi Alxanlı şəhidləri ilə bağlı bəyanat verdi  

13 İyul 2017, 15:48

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi prof. Mahmud Erol Kılıç Fizuli rayonun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat verib.

Modrn.az-ın məlumatına görə, bəyanatda cari il iyulun 4-də Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri; 2 yaşlı Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri  şiddətlə qınanılır.

Sənəddə İƏTPİ-nin baş katibi qurbanların ailəsinə başsağlığı verir və qardaş Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...