Modern.az

Millət vəklili Xankəndinin icra strukturlarını yaratmağı təklif edir

Millət vəklili Xankəndinin icra strukturlarını yaratmağı təklif edir

Təhsil

13 May 2011, 14:07

“Xankəndi icra strukturunun bərpa olunması vacibdir. Bunun çox böyük siyasi əhəmiyyəti var”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, Xocalının keçmiş icra başçısı Elman Məmmədov bu strukturların bərpa perspektivi barədə səslənən fikirlərə münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, Xankəndinin icra strukturlarının bərpa olunması təklifi əvvəllər də onun tərəfindən səslənib.
“Mən onun tərəfdarıyam, hətta icra başçısı işləyərkən, deputat olanda da o təkliflə çıxış etmişəm. Xankəndinin icra strukturunun bərpa olunmasının çox böyük siyasi əhəmiyyəti var və hesab edirəm ki, bu lazımdır. Bir sözlər Xankəndinin icra strukturunun bərpa olunması vacibdir”-deyə deputat vurğulayıb .

Qeyd edək ki, Xankəndi şəhəri Azərbaycanın yeganə dairəsidir ki, orada icra strukturu fəaliyyət göstərmir. 2005-ci ildə Milli Məcliscə keçirilən seçkilər zamanı ilk dəfə olaraq 122 saylı Xankəndi seçki dairəsi yaradılıb.  

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular