İyulun 4-də Binəqədi qəsəbəsində yaşayan1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“R.Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyyəsindəstranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkar olunmayıb.
Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus “Samsung” markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyən edilib”.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin hərtərəfli, tam vəobyektivaraşdırılmasıməqsədiləiş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji eskpertizaları təyin edilmiş, R.Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, R.Dünyamalıyevvalideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərəkintihar etmişdir. Araşdırmalarla həmçininmüəyyən edilmişdir ki, sağlığında R.Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmamış, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Modern.az