Modern.az

Bakıda lift qırıldı: 1 yaralı

Bakıda lift qırıldı: 1 yaralı

13 İyul 2017, 20:01

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Qəza zamanı xəsarət alan şəxs vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Zərərçəkmiş şəxsin kimliyi dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.​

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal