Modern.az

II qrup əlil özünü asdı

II qrup əlil özünü asdı

13 İyul 2017, 20:15

Goranboy rayonunun Rus-Borisi kəndində 2-ci qrup əlil özünü yaşadığı evin tavanından asaraq intihar edib. Modern.az xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, Kəlbəcər rayonunun Zəylik kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov İlqar Şahməmməd oğlu məcburi köçkün kimi müvəqqəti yaşadığı evdə kənd sakinləri tərəfindən tavandan asılı vəziyyətdə tapılıb. Onun, eləcə də qardaşının ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal