Azərbaycanda ana və körpəsi dünyasını dəyişib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində qeydə alınıb. Belə ki, Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib. 33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Modern.az