Modern.az

"Zirə" II mərhələyə məğlubiyyətlə başladı

"Zirə" II mərhələyə məğlubiyyətlə başladı

14 İyul 2017, 00:02

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Zirə" növbəti oyununa çıxıb. Modern.az xəbər verir ki, "Zirə" komandası səfərdə Ruminiyanın "Astra" komandası ilə qarşılaşıb.

Oyunun 31-ci dəqiqəsində Alexandru Ionitanın qolu ilə "Astra" irəli çıxıb. 31-ci dəqiqədə Rəşad Sadiqov hesabda tarazlığı bərpa edib. Oyunun 55-ci dəqiqəsində Ruminiya komandasının oyunçusu Alexandru Dandea,  74-cü dəqiqəsində isə Entoni Le Tallek fərqlənib. Bununla da görüş 3:1 hesabı ilə "Astra" komandasının qələbəsi ilə yekulaşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal