Modern.az

Oqtay Əsədov deputatları Sankt-Peterburqa aparır

Oqtay Əsədov deputatları Sankt-Peterburqa aparır

13 May 2011, 15:23

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 36-cı növbəti iclasında iştirak etmək üçün mayın 14-də Sankt-Peterburqa səfər edəcək.
Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Rüfət Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB Parlamentlərarası Assambleya Şurasının iclasında Azərbaycanda, Moldovada parlament, Belarus və Qazaxıstanda isə prezident seçkilərinin nəticələri, beynəlxalq və milli seçki sistemləri, Rusiya parlamentarizminin 105 illiyi, yollarda təhlükəsizliklə bağlı keçirilmiş beynəlxalq konfransların sənədləri  müzakirə olunacaq, təşkilatı  məsələlərə baxılacaq.
Deputatlarımız MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.
Səfər zamanı Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Deputatlar burada Nyurenberq prosesinin 65 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda və IV Neva Ekologiya konqresində iştirak edəcəklər.

Modern.az 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj