Modern.az

Bakıda liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır

Bakıda liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır

14 İyul 2017, 09:09

Fövqəladə Hallar Nazirliyi Bakıda liftin şaxtaya düşməsi ilə bağlı məlumat açıqlayıb.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, iyulun 13-də Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.

 

Yaralı şaxtadan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal