Modern.az

Şəkidə bələdiyyə sədri intihar edib

Şəkidə bələdiyyə sədri intihar edib

14 İyul 2017, 09:28

Şəkidə bələdiyyə sədri özünü asıb.

 

Modern.az APA-ya istinadən xəbərinə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

 

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal