Modern.az

Qazaxıstan Qarabağ münaqişəsini KTMT ilə əlaqələndirmir

Qazaxıstan Qarabağ münaqişəsini KTMT ilə əlaqələndirmir

Aktual

14 İyul 2017, 12:10

"Dağlıq Qarabağ münaqişəsi Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aidiyyəti yoxdur və beynəlxalq hüquqa uyğun olaraq danışıqlar yolu ilə həll edilməlidir".

Bunu “Sputnik” agentliyinə müsahibəsində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib.

O qeyd edib: “Qazaxıstanın mövqeyi belədir: biz Dağlıq Qarabağı qeyd edilən təşkilatla əlaqələndirmirik, çünki bu, regional münaqişədir və beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir”.

Səfir əlavə edib ki, Qazaxıstan hər zaman münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal