Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirəcəkdir. İmtahan Bakı, Naxçıvan, Gəncə Sumqayıt, Mingəçevir, Şəki, Ağstafa, Gədəbəy, Şirvan, Lənkəran, Quba, Masallı, Salyan, Balakən, Qax, Ağcabədi, Göyçay, İsmayıllı şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Sədərək, Şərur və Şahbuz rayonlarında 42 binada keçiriləcək.