Türkiyə Rusiya istehsalı olan ən müasir silah sayılan S-400 raketlərini satın almaq istəyir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvadakı türk səfiri Hüseyn Diriöz NATO-ua üzvlüyün silahın satın alınmasında heç bir əngəl yaratmayacağını deyib.
Onun sözlərinə görə, tərəflər danışıqlar prosesində xeyli irəliləyib.
ABŞ-ın “Bloomberg” agentliyi silahın 2,5 milyard dollar olduğunu yazıb.
Vüqar İSMAYILOV