Azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov 2006-cı ildə ABŞ-da aldığı mülkünü satışa çıxarıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 milyon dollara alınan mülk 6,98 milyon dollara satılacaq.
2001-ci ildə inaş olunan malikanə 2,5 sot sahədə, 7 yataq oyağı, 8 hamam, panoramalı otaqlar, qonaqlar, mühafizə və aşpaz personalı üçün köməkçi tikililər və s. ibarətdir.
Eyni küçədə Araz Ağalarovun oğlu Eminin də 3 milyon dollara aldığı malikanəsi var.
Vüqar İSMAYILOV