Modern.az

Klublarımızın  AvroLiqadakı mümkün rəqibləri - “Qalatasaray” Bakıya gələ bilər  

Klublarımızın  AvroLiqadakı mümkün rəqibləri - “Qalatasaray” Bakıya gələ bilər    

14 İyul 2017, 15:47

UEFA vropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə  Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibləri bəlli olub.

"Qəbələ” "Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə  Yunanıstanın "Panatinaikos" klubu ilə  qarşılaşacaq. İlk görüş Afinada olacaq.

"İnter”  ilk ounda 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. "İnter”  3-cü mərhələyə yüksəlsə, ilk görüşü səfərdə keçirəcək.

"Zirə” - "Astra" (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq. Təmsilçimiz "Astra" səddini keçə bilsə, ilk oyunu Bakıda olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal