Modern.az

Sankt-Peterburq-Bakı aviareysi yubanır

Sankt-Peterburq-Bakı aviareysi yubanır

14 İyul 2017, 16:48

Sankt-Peterburq - Bakı aviareysi yubanır.

"Azərbaycan Hava Yolları" QSC-dən Modern.az-a verilən məlumata görə, "Pulkovo" hava limanında keçirilən xüsusi tədbirlə əlaqədar olaraq, AZAL aviaşirkətinin təyyarəsi Moskvanın "Domodedovo" hava limanına yönləndirilib və orada uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 163 sərnişin və 7 heyət üzvü var.

Müvafiq icazə alındıqdan sonra “Airbus A320” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçacaq.

Sankt-Peterburqdan Bakıya olan reys də öz növbəsində yubanır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal