Modern.az

İmişlidə yol tikintisinə 6 milyon manat ayrıldı

İmişlidə yol tikintisinə 6 milyon manat ayrıldı

14 İyul 2017, 18:33

Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal