Modern.az

\"Azərbaycan xalqı ötən il Türkiyədə baş verənlərin nə olduğunu yaxşı başa düşür\"

\

14 İyul 2017, 18:48

"Azərbaycan xalqı 15 iyul 2016-ci il tarixində Türkiyədə baş verən hadisələri çox yaxşı başa düşür. 1993-cü ildən sonra Azərbaycanda olan xain qüvvələr qanuni yolla seçilən hakimiyyəti devirməyə cəhd göstərdilər."

 

Modern.az xəbər verir ki bu sözləri Türkiyədə 2016-ci ilin iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı "15 Temmuz Destanı" adlı anım tədbirində çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov deyib.

 

"Heç kim xalqın iradəsinə qarşı qalib gələ bilməz. İnsanların həyatı ilə oynamaq, öz maraqları uğrunda mübarizə aparmaq cəhdləri uğursuzluqla nəticələnər. Digər tərəfdən, bu iradəni daşıyan hakimiyyət ölkədə qanunçuluğu, günahı olanların mütləq şəkildə cəzalandırılmasını və günahsız insanların cəzadan xilas olunmasını ehtiva edir".

 

Əli Həsənov bildirib ki, Tükiyə üçün öz canını verən 250-dən çox şəhidin və onların ailə üzvlərinin taleyi qarşısında o insanlar bu gün öz cəzalarını aldılar.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal