Modern.az

"Bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır" - Qurban Qurbanov

"Bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır" - Qurban Qurbanov

14 İyul 2017, 20:48

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Modern.az xəbər verir ki, püşkə görə, “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i keçiriləcək“Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal