Modern.az

"Fransa prezidentlərin görüşünün təşkilinə həmişə hazırdır" - SƏFİR

"Fransa prezidentlərin görüşünün təşkilinə həmişə hazırdır" - SƏFİR

14 İyul 2017, 20:59

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə həmişə hazırdır. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.

 

"Cənab Emmanuel Makron iki aydır öz vəzifəsinin icrasına başlayıb. O, 28 may Respublika günü münasibəti ilə ünvanlandığı məktubda bildirib ki, münaqişənin siyasi, danışıqlar yolu ilə ədalətli, davamlı həllinə tərəfdardır. Təbii ki, Fransa hər zaman belə bir görüşlərin təşkilinə hazırdır”, deyə səfir bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal