Modern.az

Saatlıda ağır qəza: azyaşlı öldü, 3 nəfər yaralandı

Saatlıda ağır qəza: azyaşlı öldü, 3 nəfər yaralandı

14 İyul 2017, 22:05

Saatlı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Soltanabad kənd sakini, 51 yaşlıl Əli Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 3 yaşlı Fatma Əli qızı Ağayeva hadisə yerindəcə ölüb.

Hadisə zamanı habelə avtomobilin sürücüsü, onun qızı, və ailənin biri azyaşlı olmaqla daha iki üzvü müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal