Rəsmi İrəvan qırğızıstanlı amşenləri aldadaraq Qarabağda yerləşdirməklə süni erməni artımına nail olmaq niyyətindədir
Ermənistan əhalisinin sayında kəskin azalma qeydə alınıb. Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmalarına görə, rəsmi statistikadan fərqli olaraq hazırda Ermənistanda əhalinin sayı 2 milyondan da azdır. Ölkənin sürətlə boşalması Ermənistan hökuməti ilə yanaşı beynəlxalq təşkilatların da narahatlığına səbəb olub. Belə ki, beynəlxalq təşkilatlar problemin qarşısını almaq üçün ilk öncə ölkə əhalisinin sayını dəqiqləşdirmək qərarına gəliblər. Bu ilin payızında Ermənistanda baş tutacaq əhalinin siyahıyaalınması Norveç hakimiyyəti, BMT, Dünya Bankı və s. donorların maliyyə dəstəyi ilə həyata keçiriləcək. Bu məqsədlə Norveç 585, BMT 200, Dünya Bankı isə 100 min dollar ayırıb. BMT-nin proqnozlarına görə, bu rəqəm 2050-ci ildə də dəyişməyəcək, çünki əhalinin artımı gözlənilmir. BMT ekspertlərin fikrincə əhalinin sayının azalmasına əsas səbəb işsizlik, biznes fəaliyyəti üçün əngəllər və qeyri münbit sosial şəraitdir.
“Armenia Today”in yazdığına görə, 2010-cu ildə Ermənistanı 60 min nəfər həmişəlik tərk edib. 2011-ci ildə isə bu rəqəmlərin artacağı istisna deyil. BMT-nin Ermənistanda apardığı sorğular göstərir ki, ölkədə yaşayan ailələr (46 faiz) birdən artıq uşaq istəmirlər, çünki əksəriyyət ölkəni tərk etmək niyyətindədir. Ermənistan Statistika Komitəsinin BMT qurumları ilə birgə apardığı araşdırma nəticəsində məlum olub ki, hər il Ermənistandan 7500 vətəndaş xaricə köçür. Məlumatı Ermənistan Əmək və Sosial Məsələlər Naziriyi də təsdiqləyib. Nazirlikdən bildiriblər ki, köçənlərin çoxu Ermənistanda özlərinə iş tapa bilməyən kişilərdir. Məlumatda son 20 ildə olduğu kimi, köçənlərin çoxunun Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Birəlşmiş Ştatlara getdiyi göstərilib. Bu cür sürətli köç isə artıq Ermənistanın onsuz da zəif iqtisadiyyatını daha da böhrana sürükləyib. Nazirlik onu da bildirib ki, xaricə köçən kişilərin çoxu orada özlərinə münasib iş tapandan sonra ailələrini də yanlarına aparırlar və həmin ölkədə daimi vətəndaşlıq alırlar. Bu isə Ermənistan əhalisinin getdikcə azalmasına səbəb olur. Qeyd edək ki, sonuncu dəfə Ermənistanda siyahıyaalma 2001-ci ildə aparılıb. O zaman 3.2 milyon nəfər əhalıi qeydə alınmışdı.
Ermənistan süqut astanasında
Ermənistandakı acınacaqlı vəziyyət onu deməyə əsas verir ki, erməni hökumətinin Azərbaycan Respublikasının ərazilərini işğal etməklə regionda güclü bir dövlətə çevrilmək xülyaları puça çıxıb. Azərbaycanın şimalla cənub, şərqlə qərb arasında «qapı» rolunu oynadığını anlamayan və bütün beynəlxalq-iqtisadi layihələrdən məhrum olan Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti daha çıxılmaz hala sürükləyib. Hazırda Ermənistan respublika olaraq bütün sferalarda tam süquta uğramaq üzrədir. Hadisələrin gedişatı isə belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq.
Erməni ekspertləri hesab edirlər ki, 2011-il də hələ ki ötən illər kimi iqtisadi problemlər və sosial partlayışlarla müşahidə olunur. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir. Erməni müxalifəti isə birmənalı şəkildə isbat edir ki, ölkədə iqtisadiyyat deyilən bir şey yoxdur. EMK-nın nümayəndəsi Vaqan Xaçatryan bununla bağlı bildirib ki, yeni büdcənin vəziyyətindən də aydın görünür ki, Sarkisyan hökuməti Ermənistanı bərbad hala qoyub.
«Yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Mənim üçün də maraqlı odur ki, bu hakimiyyət 2011-ci ildə pulu haradan tapacaq. Çünki Ermənistanda faktiki olaraq iqtisadiyyat deyilən bir şey yoxdur. Ermənistanda insanların yaşamlarını təmin edəcək bircə sahə belə yoxdur. Hazırda 2-3 faizlik iqtisadi artımdan danışanlar isə yalan deyirlər. Çünki belə bir şey yoxdur. 12 faizlik artım olacağından dəm vuranlar isə özləri də yaxşı bilirlər ki, həmin inkişaf əhalinin həyat səviyyəsində özünü göstərməlidir. Erməni xalqı isə faktiki olaraq səfalət içində yaşayır».
Qeyd edək ki, artıq hökumətdə təmsil olunan bəzi deputatlar da ölkədəki vəziyyətlə bağlı etirazlarını dilə gətirməyə başlayıblar. Onlar bəyan edirlər ki, 2011-ci il üçün nəzərdə tutulan büdcə müzakirəyə çıxarılanda vəziyyətin nə dərəcədə təhlükəli olduğu bəlli idi. Əksəriyyət bu fikirdədir ki, Ermənistan hakimiyyətinin müəyyənləşdirdiyi 2011-ci ilin büdcəsi daha çox əhalinin ölməməsi üçün nəzərdə tutulub. Burada inkişaf və ya iqtisadi artıma rəvac verə biləcək heç bir element barədə düşünülməyib. İri layihələrin maliyyələşdirilməsinin azaldılması, sosial sferada bir çox işlərin görülməsi üçün az miqdarda pulun ayrılması, habelə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərin vəsaitlə təmin edilməməsi Ermənistanda maliyyə çatışmazlığından xəbər verir.
Sarkisyan-Ohanyan münasibətləri
Ermənistanda hökm sürən xaos orduya da siraət etməyə bilməz. Orduda nizam-intizamın aşağı səviyyədə olması, erməni hərbi qulluqçuları arasında münasibətlərin kriminagen həddə çatması, zorlama, qətlə yetirmə və sair cinayət hallarının artması buna bariz nümunədir. Erməni mətbuatının məlumatına əsasən orduda nizam-intizamın kritik həddə olması Ermənistan respublikasının prezidenti Serj Sərkisyanın bərk narahatlığına səbəb olub. Belə ki, S.Sərkisyan Müdafiə naziri Seyran Ohanyanı yanına çağıraraq əməlli başlı tənqid edib. Nazirlə prezidentin təkbətək görüşü bir-birinin ünvanına söylənən iradlar və daha sonra təhqiramiz ifadələrlə davam edib. Belə ki, nazir orduda baş verən özbaşınalıq, qətl və digər korrupsiya hallarının mövcudluğunu təsdiq etməklə yanaşı bütün baş verənlərə görə məhz ölkə başçısını və hökuməti günahlandırıb. Daha sonra S.Ohanyan prezidentin otağını tərk edərək istefa ərizəsini yazıb. Lakin S.Sarkisyan müdafiə nazirinin istefa ərizəsini qəbul etməyib.
Dağılmaq üzrə olan erməni ordusu
Erməni mətbuatında həmçinin qeyd olunur ki, hazırda erməni ordusunda xidmət edən zabitlərin əksəriyyəti ordudan tərxis olunmağın yollarını axtarırlar. Müdafiə nazirinin göstərişinə əsasən hətta xəstəliyi olan zabitlərin tərxis olunması qadağan olunub. Bundan başqa zabitlərin aylıq əməkhaqqısı və sosial durumları olduqca aşağıdır. Etiraz edən zabitlər dərhal həbs olunur və onların bölmələrində təftiş aparılıb başqa-başqa cinayətlərə görə iddia qaldırılır.
Ermənistan ordusunda baş verən özbaşınalıq hallarından biri də zabit və əskərlərin maaşları hesabına bölmələrdə təmirlərin aparılması, silah və texnikaların təmir etdirilməsi göstərilir.
Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji durumunun getdikcə pisləşdiyi vurğulanır və həyacan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən “Əsgər Anaları” cəmiyyəti maraqlı faktlar açıqlayıblar. Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmənimizin ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2009-cu illə müqayisədə 2010-cu ildə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. 2010-cu ildə Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olub ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölüb. Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı hərbçilərin kütləvi şəkildə homoseksualizm bəlasına duçar olduğu aşkarlanıb.
Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrı-seçkilik və “dedovşina” hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir. Hətta, Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlanması barədə də faktlar ortaya çıxmaqdadır. Bu səbəblərdən erməni ordusunda fərarilik halları kəskin artıb.
Ermənistan Silahlı Qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib. Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, ordu dağılmaq üzrədir.
Erməni ordusunda intiharların da sayı çoxalır. Nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Ermənilərin ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri, ölüm halları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq ölkənin içində baş qaldırmış ciddi narazılıq isə hökumət üçün başağrısına çevrilib. Hətta xeyli sayda erməni Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq Seyran Ohanyandan hesabat tələb ediblər.
Vəziyyətin belə ağırlaşdığını görən Sərkisyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan maşınını işə salıb. Hökumətə yaxın QHT və təşkilatların əliylə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm hallarının gizlədilməsi və rəqəmlərin kiçildilməsi dayanır. Belə ki, həmin təşkilatların iddiasına görə, guya, erməni ordusunda intihar hallarının sayı azalmağa başlayıb. Lakin erməni mətbuatı hökumətin yalanını çıxaracaq faktları ortalığa qoyduqdan sonra rəsmi qurumlar susmağa məcbur olublar. Qəzetlərin yaydığı məlumatlarda isə vurğulanır ki, təkcə 2010-cu ildə Ermənistan ordusunda intihar edən əsgərlərin sayı 80 nəfərə çatıb. Onların bildirdiyinə görə, əsgərlərin intihara baş vurmasının başlıca səbəbi zabitlərin onlarla vəhşi kimi davranması və ordudakı təminatın kifayət qədər aşağı olmasıdır.
Erməni fitnəsi: amşenlərə vəd edilən «qızıl dağlar»
Ermənistanda vəziyyət o qədər kritik həddə çatıb ki, hökumət işğal olunmuş ərazilərdə məskunlaşmaq üçün Ermənistanda erməni tapa bilmir və guya, erməni olan, əslində isə müsəlman dininin sünni məzhəbinə qulluq edən və ünsiyyət vasitələri türk dili olan 200 qırğızıstanlı ailəni Qarabağa köçürmək istəyir. Bir vaxtlar bu cür «köç fırıldağı»nın qurbanlarına, İran ərazisində yaşayan erməni və kürd ailələri də çevrilmişdilər. Hal-hazırda, həmin qondarma «müstəqil dövlət»in şirnikləndirici təkliflərinə aldanılıb gətirilənlərin demək olar ki, hamısı, mövcud vəziyyətin çətinliklərini düzgün qiymətləndirərək Qarabağ ərazilərini tərk ediblər.
Yerli ermənilərin çox hissəsi isə, yaşayış səviyyəsinin günü-gündən aşağı düşdüyünü görüb, başlarını götürüb hara gəldi qaçırlar və onlar, nəinki Qarabağda məskunlaşmaq istəmirlər, hətta Ermənistanda illərlə qurduqları isti yuvalarından belə xarici ölkələrə köçməyə məcbur olurlar. Belə getsə, deyəsən, Ermənistanda əhalinin siyahıya alınma prosedurası da ləğv olunacaq və tarixin arxivinə göndəriləcək.
Bu, məsələnin görünən, üzdə olan tərəfidir. Görünməyən tərəf isə odur ki, ermənilər yenə də öz çirkin xislətinə uyğun olaraq, türkdilli xalqların mədəni surətdə məhv edilməsinin – assimilyasiyanın yeni metodunu tapıblar. Əsas məqsəd, «Amşen erməniləri»nin qəlblərində «vətən sevgisi» hisslərini oyadaraq onları Qarabağa, Ağdərə rayonundakı boş kəndlərin birinə məcburi köçürmək və onların bir müsəlman kimi, bir türkdilli azlıq kimi tədricən məhvinə nail olmaqdır.
Digər tərəfdən də amşenlər başa düşməlidirlər ki, ermənilər heç vaxt, heç kimə torpaq bağışlamayıb, heç kim üçün havayı iş görməyiblər. Bu prosesin arxasında, böyük miqdarda ayrılmış pullar durur. Bu şounun sonda acı nəticəyə gətirib çıxaracağını qabaqcadan bilənlər və «məskunlaşdırma prosesini» hər vəchlə həyata keçirməyə çalışanlar tərəfindən həmin qrantların yeyiləcəyini başa düşmək üçün ağıl dəryası olmaq vacib deyil. Ayrılan vəsaitlər mənimsədildikdən sonra, proses özbaşına buraxılacaq və amşenlərin acınacaqlı vəziyyətə düşmələri üçün çox uzun zaman tələb olunmayacaq.
Bu «köç fırıldaqları»nın başında işbaz və guya xeyriyəçiliklə məşğul olan Levon Ayrapetyan və ona, pulların mənimsənilməsi prosesində ortaq olan, amşenlərin Qırğızıstandakı rəhbəri Ruslan Qarabacaqov durur. Amşenlər üç şeyi yaddan çıxarmamalıdırlar: birincisi, ermənilər belə bir oyunu 1984-cü ildə də həyata keçirməyə cəhd göstəriblər. O zaman, Rusiyanın Krasnodar vilayətində, Abxaziyada və Orta Asiyada yaşayan amşenlərin Ermənistanın Lori rayonuna köçürülməsi prosesi uğursuzluğa düçar olmuşdu. Səbəb kimi, ənənəvi erməni «məntiqinə» uyğun olaraq, Spitak zəlzələsinin «vaxtında» olmaması göstərilmişdi. İkincisi, ermənilərin felinə uyaraq köçmək istədikləri torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan həmin ərazilərdə məskunlaşmaq qeyri-qanuni olmaqla yanaşı, həm də beynəlxalq normalara zidd bir addımdır. Belə bir addımın atılması, onsuz da son 250 il ərzində sərsəri qaraçı həyatı sürən bir azlıq üçün gələcəkdə daha ağır nəticələrə gətirib çıxara bilər. Üçüncüsü isə, əgər amşenlər bu fırıldağa qol qoyub, vaxtı ilə gərgin döyüşlər getmiş, ərazisi hərbi sursat və minalardan təmizlənməmiş Qarabağda məskunlaşsalar, döyüş sursatları ilə «zibillənmiş» torpaqları necə əkib-becərəcəklər, nə ilə dolanacaqları haqda fikirləşiblərmi? Görəsən onlar, Azərbaycan ilə Ermənistan arasında «ətdən canlı divar», yəni bufer rolunu oynamağa məcbur ediləcəklərini, ayaqlar altda qalacaqlarını anlayırlarmı? Vaxtı ilə, bu ərazilərə yerləşdirilmiş İraq eləcə də, İran erməniləri ilə yanaşı kürdlərin hansı səbəblər üzündən nəinki Qarabağdan qaçdıqlarını, hətta Ermənistanı da tərk etdiklərini bilirlərmi?
Sözsüz ki, Azərbaycan, öz torpaqlarını sülh yolu ilə azad etmək səylərinin nəticə vermədiyini gördüyü təqdirdə hökmən hərb yolunu tutacaq. Hərbi əməliyyatlar başlanan zaman, öz yurdlarından aldanılıb gətirilən amşenlər, görəsən, başlarını götürüb hara qaçacaqlar və yəqin ki, bu halda, Qırğızısıtan da onları yenidən geri qəbul etməyəcək. Belə olan təqdirdə, amşenlər gərək papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər, belə fırıldaqlara uyub yer və yurdlarından didərgin olmasınlar.