Misirdə hotelə hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Misirin Hurqada kurort şəhərində baş verib. Soyuq silahla silahlanmış naməlum şəxsin hücumu nəticəsində 2 turist ölüb, daha 4 nəfər xəsarət alıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, otelə hücum nəticəsində ölənlərin və xəsarət alanların arasında Azərbaycan vətəndaşı yoxdur.
Azərbaycanın Misirdəki səfirliyi yerli hakimiyyət orqanları ilə təmasda olmağa davam edir.
Modern.az