Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsilə üzləşən şəxslər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə Xəzər rayonu ərazisində baş verib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Mirmahmud KAZIMOĞLU