Modern.az

Azərbaycanda ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib

15 İyul 2017, 11:41

2017-ci ilin birinci yarısında (yanvar-iyun) mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib.

Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a məlumat verilib.

Bildirilib  ki, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitə çıxarılıb. Bu əməllərə görə 34 cinayətkar qrup zərərsizləşdirilib, 1302 şəxs məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal