Modern.az

Bakıda 18 yaşlı gəncə 8 bıçaq zərbəsi vurdular

Bakıda 18 yaşlı gəncə 8 bıçaq zərbəsi vurdular

15 İyul 2017, 11:56

Bakıda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Şuşa" restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.

Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.  

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...