“Mercedes-Benz” Çin bazarına ixrac etdiyi 16 min 301 avtomobilini əyləc sistemindəki problemlə əlaqədar geri çağırır.
Modern.az xəbər verir ki, geri çağırılan avtomobillər 2012-ci ilin fevralından 2013-cü ilin aprelinədək istehsal olunan A, B və CLA sinfindən nəqliyyat vasitələridir.
Problemli hissələr istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.
Mirmahmud KAZIMOĞLU