Modern.az

Rayonlarda illik inflyasiya 20 faizi keçdi

Rayonlarda illik inflyasiya 20 faizi keçdi

15 İyul 2017, 17:50

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın bəzi rayon və şəhərlərində illik inflyasiya 20%-i keçib. İstehlak məhsulları və xidmətlərin qiymət artımı Xaçmaz rayonunda 26,2%, Saatlı rayonunda 24,6%, Lənkəran şəhərində 21,0%, Qəbələ rayonunda 20,9%, Şəmkir, Daşkəsən rayonlarında 20,5% və İmişli rayonunda 20,0%, təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib

 

Ərzaq məhsulları, içki və tütün qiymətlərində ən çox illik artım Qəbələ rayonu (31,5%), Xaçmaz rayonu(34,0%), Ağcabədi rayonu(31,0%), İmişli rayonu(35,2%), Saatlı rayonunda(32%) baş verib.

 

Statistikaya əsasən cari ilin iyun ayında rayon və şəhərlərdən yalnız Şamaxı rayonunda aylıq inflyasiya (0,1%) qeydə alınıb. Digər rayonlarda isə deflyasiya müşahidə olunub.

 

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4% artıb.

 

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətləri 1,0%, o cümlədən ərzaq məhsulları 2,5% ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətləri isə 0,1% bahalaşıb.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal