Modern.az

Minlərlə insan İstanbul küçələrinə çıxdı - Canlı yayım

Minlərlə insan İstanbul küçələrinə çıxdı - Canlı yayım

15 İyul 2017, 20:44

İstanbulda minlərlə sakin 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Şəhidlər Körpüsünə doğru yürüşə başlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yürüş İstanbulun Anadolu səmtindən 3 fərqli nöqtədən həyata keçirilir. Qrup halında olan iştirakçıların Türkiyə vaxtı ilə 20:00-da körpüyə çatacağı bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın isə 21:15 radələrində mərasimə qatılacağı və 15 iyul olayları ilə bağlı sənədli filmə baxdıqdan sonra çıxış edəcəyi gözlənilir.

Daha sonra isə qiyam cəhdi zamanı həyatını itirənlərin adları oxunacaq və şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olacaq.

Modern.az yürüşdən olan canlı yayımı təqdim edir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal