Modern.az

"Qarabağ"ın səfər oyunu canlı yayımlanacaq

"Qarabağ"ın səfər oyunu canlı yayımlanacaq

Aktual

16 İyul 2017, 00:24

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları iyulun 18-də keçiriləcək. Modern.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası həmin gün  səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Klubun rəsmi saytına istinadən xəbər verir ki, Boris Paiçadze adına stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandamızın bu matçı "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal