Modern.az

Nazir iclas keçirdi, şəffaflıqdan danışdı

Nazir iclas keçirdi, şəffaflıqdan danışdı

Təhsil

13 May 2011, 19:32

Mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov nazirlikdə aparılan struktur islahatları nəticəsində yeni yaradılan Dövlət Sosial Təminat Xidmətinin və Sosial təminat siyasəti şöbəsinin kollektivi ilə görüşüb.

Aparılmış struktur dəyişikliklərinin aztəminatlı əhali qruplarına dövlət qayğısının çatdırılması işinin daha layiqli səviyyədə təşkilinə, bu sahədə müasir tələblərə uyğun, effektli iş mexanizmlərinə üstünlük verilməsinə xidmət etdiyini bildirən nazir Fizuli Ələkbərov bu işlərin eyni zamanda əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması sahəsində ciddi dönüş yaradacağına əminliyini ifadə edib.

Görüşdə Dövlət Sosial Təminat Xidmətinin fəaliyyətini daha da təkmilləşdirmək, o cümlədən nazirlik tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın və ictimai nəzarətin artırılmasını təmin etmək məqsədilə bu günlərdə nazirlikdə QHT-lərdən ibarət yaradılan İctimai Şuranın fəaliyyəti, həmçinin aztəminatlı ailələrin yoxsulluq səviyyəsindən çıxarılmasına yönəldilən özünədəstək layihəsinin tətbiqi sahəsində görülən işlər və onların nəticələri  barədə nazirə ətraflı məlumat verilib.
Qeyd olunub ki, nazirliyin həyata keçirdiyi bu yeni layihə aztəminatlı ailələr tərəfindən yüksək səviyyədə qəbul olunur.

Nazir pilot layihə kimi ilkin olaraq bir neçə rayonda tətbiq olunan özünədəstək layihəsinin növbəti ildən etibarən respublikanın bütün rayonlarında həyata keçirilməsi üçün hazırlıq işlərinin sürətləndirilməsini tapşırıb.

Nazirliyin tabeçiliyində olan sosial obyektlərin mövcud durumu, təmirə ehtiyacı olan obyektlərin əsaslı şəkildə təmiri, göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması barədə tapşırıqlarını verən Fizuli Ələkbərov bunun nazirliyin əsas prioritet vəzifələrindən olduğunu vurğulayıb.

Yetkinlik yaşına çatmayan uşaqların sosial reablitasiyasının da diqqətdə olan əsas məsələlərdən biri olduğunu deyən nazir eyni zamanda həyata keçirilən tədbirlər barədə əhalinin məlumatlandırılması üçün təbliğat strategiyasının hazırlanması, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində işlərin genişləndirilməsi, bu sahədə fəaliyyətin daha effektli təşkili barədə tapşırıqlar verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular