Modern.az

Ana və azyaşlı oğlu zəhərləndi

Ana və azyaşlı oğlu zəhərləndi

Aktual

16 İyul 2017, 00:46

Tovuzda zəhərlənmə olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Qovlar sakini 1987-ci il təvəllüdlü Əliyeva Şəlalə və onun 2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib. O, iki aylıq körpəsini əmizdirdiyi üçün uşaqda da zəhərlənmə əlaməti olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal