Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.
Modern.az xəbər verir ki, bu barədə Tarif Şurasından verilən açıqlamada bildirilib.
Eyni zamanda, qeyd olunub ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib.
Gülşən RAUFQIZI