Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibini təsdiq edib. Modern.az AzərTac-a istinadən bildirir ki, dövlət başçısının imzaladığı sərəncamda Komissya üzvlərinin siyahısı da verilib. Sənəddə qeyd olunur ki, əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Çexiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin. Komissiyanın həmsədri Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov təyin edilib.
Komissiyanın üzvləri:
Xələf Xələfov | - | Azərbaycan Respublikası xarici işlər nazirinin müavini |
Ragim Lətifov | - | Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini |
Azər Bayramov | - | Azərbaycan Respublikası maliyyə nazirinin müavini |
Musa Pənahov | - | Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini |
Aslan Aslanov | - | Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini |
Sevda Məmmədəliyeva | - | Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini |
Elmar Qasımov | - | Azərbaycan Respublikası təhsil nazirinin müavini |
Elsevər Ağayev | - | Azərbaycan Respublikası səhiyyə nazirinin müavini |
Elmir Vəlizadə | - | Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini |
Səfər Mehdiyev | - | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini |
Dövlətxan Dövlətxanov | - | Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini |
Xəqani Abdullayev | - | Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini |
Qüdrət Qurbanov | - | Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi |
Elşad Nəsirov | - | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti |
Marlen Əsgərov | - | “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti |
Tahir Tağızadə | - | Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri |
Modern.az