Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların adları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.
A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır.
Modern.az