Bu gün Siyəzən rayonunda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Hadisə zamanı yaralanan şəxslərin bəzilərinin adlarını açıqlanıb:
Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü
Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.
23:11
Siyəzən rayonunda ağr yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən "Mercedes" markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilir.
Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.
Modern.az