Paytaxtda təcili yardım avtomobili yanıb. Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, 3 saylı xəstəxananın yaxınlığında Təcili Tibbi Yardım maşını yanıb. Əraziyə Fövqəladə Hallah Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, zərərçəkən yoxdur.
Modern.az