Modern.az

Yol qəzalarının 49 faizində piyadalar vurulub

Yol qəzalarının 49 faizində piyadalar vurulub

17 İyul 2017, 09:58

Bu ilin birinci yarısında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 49 faizini (416) piyadaların vurulması təşkil edib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, qəzalar nəticəsində 132 piyada həlak olub, 307 nəfər xəsarət alıb.

 

Yol-nəqliyyat hadisələrinin 31,1 faizini (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 31,1 faizini (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3 faizini (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,5 faizini (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal