Modern.az

Korrupsiyaya İdarəsi vətəndaşların 3656 müraciətinə baxıb

Korrupsiyaya İdarəsi vətəndaşların 3656 müraciətinə baxıb

17 İyul 2017, 10:58

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb.

Modern.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

K.Əliyev bildirib ki, həmçinin 125 cinayət xarakterli material araşdırılıb.

“Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal