Mayın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir hərbi birləşməsində xidmət keçən hərbi qulluqçu Seymur Qədirovu ildırım vurub. O, yerindəcə keçinib.
Müdafiə Nazirliyinin məlumatına görə, 1987-ci il təvəllüdlü Seymur Sabir oğlu Qədirov ötən ilin iyulunda Kürdəmir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdı.
Daha bir bədbəzt hadisə isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Azərbaycan Ordusunun hərbçisi, 1987-ci il təvəllüdlü Osman Əliyev avtomobil qəzasına düşüb. O, aldığı xəsarətlərdən vəfat edib.
Modern.az