Ermənistan prezidenti Serj Sarkisyanın “ARemnia” telekanalının “R-Evoluasiya” proqramına verdiyi müsahibəni tam şəkildə yayımlnıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan proqramda prezidentlərin görüşü, Rusaiyanın Azərbaycana silah satması və s. barədə danışıb.
“Prezidentlərin görüşü haqda ilkin razılıq həmsədrlərin səfəri zamanı əldə olunmuşdu. Onlar bizim mövqelərimi öyrəndilər. Biz cavab verdik ki, görüş haqda yüksək gözləntilərimiz olmasa da, bun a qarşı deyilik. Prezidentlər səviyyəsində görüş ciddi hazırlanmalı – konkret təkliflər olmalıdı. Payızda baş tutacaq bu görüş haqda gözləntilərimiz yüksək deyil”.
Bundan başqa, Rusiyanın Azərbaycana silah satmasından danışan Sarkisyan bunun ikitərəfli münasibətlərə ən böyük kölgəni saldığını deyib.
“Bəziləri buna görə Rusiya ilə münasibətlərə yenidən baxmağı təklif edir. Onda kiminlə münasibət quraq? Türkiyə yoxsa NATO ilə? Hamı əl-qolunu açıb Ermənistanı gözləyir? Bütün dünya ilə düşmən olaq?"
Vüqar İSMAYILOV