Daxili İşlər Nazirliyi Zaqatala rayonunda törədilmiş ailəvi qətllə bağlı məlumat yayıb. Modern.az DİN-ə istinadən bildirir ki, mayın 13-də saat 16.30 radələrində Zaqatala şəhərində yaşayan 47 yaşlı Xuraman Kərimovanın və onun qızı 22 yaşlı Zərifənin odlu silahdan qətlə yetirilmiş meyitləri mənzillərində tapılıb. Hadisənin ailə münaqişəsi zəminində X.Kərimovanın sərxoş halda olan əri Azər Kərimov tərəfindən törədilməsi və "Mitsubishi" markalı avtomaşınla hadisə yerindən qaçması, sonradan isə evinin qarşısına qayıdaraq özünü də odlu silahdan öldürməsi müəyyən edilib. Zaqatala RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd "AKMS" markalı avtomat silahı və 21 ədəd güllə götürüblər.