Modern.az

Əsir və girovlar üzrə Beynəlxalq İşçi Qrupunun həmsədrləri Xankəndinə gəliblər

Əsir və girovlar üzrə Beynəlxalq İşçi Qrupunun həmsədrləri Xankəndinə gəliblər

Aktual

17 İyul 2017, 13:55

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen 17-18 iyul tarixində sülhyaratma fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağda əlaqələrin bərpa olunması məqsədilə Xankəndi şəhərinə səfər ediblər.

Modern.az xəbər verir ki, Beynəlxalq İşçi Qrupu 2017-ci ilin yanvar ayında Bakıda səfərdə olmuş , Azərbaycanın rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmüşdülər.


İyulun 15-də Ermənistan Respublikasının İtkin Düşmüş Şəxslər, Əsir və Girovlarla iş üzrə Dövlət Komissiyası Beynəlxalq İşçi Qrupun nümayəndəsini qəbul edib.

Xatırladaq ki, Beynəlxalq İşçi Qrupunun nümayəndələri sülhyaratrma fəaliyyətinə 90-cı illərin əvvəllərində başlayıblar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal