Modern.az

Vahid Əhmədov, Fuad Muradov və qubalı gənclər bir araya gəliblər

Vahid Əhmədov, Fuad Muradov və qubalı gənclər bir araya gəliblər

Təhsil

14 May 2011, 14:44

Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması istiqamətində müzakirələr davam edir. Modern.az-ın məlumatına görə, növbəti belə müzakirə Quba rayonunda keçirilib. Görüşün keçirilməsində əsas məqsəd qubalı gənclərin Dövlət Proqramı ilə bağlı fikir və təkliflərinin diblənilməsi olub.
Tədbirdə Quba rayon İcra Hakimiyyətinin, region gənclərinin nümayəndələri, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupun üzvü, deputat Fuad Muradov, Quba rayonunu Milli Məclisdə təmsil edən millət vəkili Vahid Əhmədov və digər şəxslər iştirak ediblər.

Müzakirlər zamanı bildirilib ki belə tədbirlər gənclərin Dövlət Proqramının hazırlanmasında yaxından iştirakına şərait yaradır. Çıxış edənlər bu görüşün keçirilməsinin əhəmiyyətindən danışaraq, region gənclərinin təkliflərini, onları narahat edən məsələləri səsləndiriblər.
Tədbirdə gənclərlə bağlı sosial problemlərin həllinin vacibliyi vurğulanıb, gənclər üçün yeni iş yerlərinin açılması, gənclərin təhsilə, cəmiyyətə inteqrasiya və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin edilməsi üçün bir sıra təkliflər irəli sürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular