Modern.az

Deputatın təşəbbüsü ilə 600 xəstə müayinə olunub, 50 xəstə əməliyyat edilib

Deputatın təşəbbüsü ilə 600 xəstə müayinə olunub, 50 xəstə əməliyyat edilib

Təhsil

14 May 2011, 15:51

Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin səyyar klinikası Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq Şəmkir rayonunda humanitar aksiya keçirib. 

Tədbir bu bölgədən seçilən millət vəkili, Yeni Azərbaycan Partiyası Nəsimi Təşkilatının sədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutub.
Deputatın Şəmkirdəki ofisindən Modern.az saytına verilən məlumata görə mərkəzin baş həkimi də bu humanitar tədbirdə iştirak edib.

Həkim briqadası Bakidan aparılıb və bütün avadanlıqlarla təchiz olunmuş avtomobillərdə işləyiblər. Aksiya zamanı göz xəstəliklərindən əziyyət çəkən və əsasən ucqar kəndlərdən olan insanlara tibbi xidmət göstərilib.

Göz xəstəliklərindən əziyyət çəkən 600 xəstə müayinə edilib. 50 nəfər üzərində isə müztəlif cərrahiyyə əməliyyatları aparılıb.

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular